Ukraynada Ramzan Kadırovun komandiri MƏHV EDİLDİ - FOTO

  • By admin
  • 04 Aprel 2022 11:22

Ukraynada Kadırov qruplaşmasının komandiri, Rusiyanın Qroznı şəhərindən olan “Stinqer” ləqəbli Ruslan Əzizov məhv edilib. 

Gununsesi.info xəbər verir ki, bu barədə müxalif çeçen bloger Xasan Xalitov özünün Teleqram kanalında məlumat yayıb.

Stinqerin harada öldürüldüyü hələlik bildirilmir. Xalitov Əzizovun məhv edilməsi barədə qohumuna məlumat verən kadırovçulardan birinin telefon danışığının dinlənilməsini yayıb.

“Kadırovun qulları “Stinqer” ləqəbli komandir Ruslan Əzizovun ölümünü təsdiqləyirlər. Deyirlər ki, onlara nəfəs almağa belə icazə verilmir, onları şiddətli atəşə tuturlar. Yorğundurlar və qorxurlar, onlar evə getmək istəyirlər”, – Xasan Xalitov qeyd edir.

Daha sonra o, kadırovçuların öldürülmüş komandirinin şəklini “Stinqer” Stinqeri məhv edəndə” başlığı ilə dərc edib.

Əzizovun məhv edilməsi ilə bağlı məlumatı Odessa hərbi administrasiyasının spikeri Sergey Bratçuk da təsdiqləyib. Bratçuk özünün Teleqram kanalında belə yazıb: “O, Ukraynaya gəldi və utilizasiya edildiyi üçün video çəkməyə vaxt tapmadı və indi yalnız bir fotoşəkil qaldı. Kadırovçuların özləri isə Stinqer ləqəbli komandirləri Ruslan Əzizovun ölümünü artıq təsdiqləyiblər”.

Qeyd edək ki, Əzizov əvvəllər Donbasda Ukrayna qoşunlarına qarşı döyüşüb, kadırovçulardan ibarət “Ölüm” dəstəsinin komandiri olub.

Gununsesi.info