Ukraynada rus əsgərləri it əti yeyirlər: Telefon danışığı ələ keçdi – VİDEO+FOTO


Rus əsgərləri Ukraynada it əyi yeməyə məcbur olurlar. Onların komandirləri rus ordusunun ehtiyacları üçün nəzərdə tutulmuş quru yeməkləri satırlar.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin dərc etdiyi “yeni ələ keçirilmiş telefon danışığı” sübut edir.

Danışıq zamanı rus əsgəri həyat yoldaşına ordunun təminatından şikayət edib. Onun sözlərinə görə, əsgərlərə yalnız keyfiyyəti şübhəli olan konservləşdirilmiş tərəvəzlər verilir.

“Onların içində kök, kələm var. Biz konservləri dərhal çölə atdıq. Sanki donuz balalarına paylayırlar”, – rus əsgər belə deyib.

Eyni zamanda o, rasionun harasa başqa yerə aparıldığını bildirib.

Digər rusiyalı hərbçi isə anası ilə söhbətində vurğulayıb ki, onlar rasionu almırlar, ona görə də it əti yeməyə məcburdurlar.

“Tap görək, mən hansı heyvanı yemişəm, siz bundan heç yeməmisiniz. Əlbəttə it əti”, – deyə rus öz təəssüratlarını bölüşüb.

Gununsesi.info