Ukraynada Rusiya saytlarına giriş qadağan olundu

  • By admin
  • 24 May 2018 17:18

Ukrayna bəzi Rusiya kütləvi informasiya vasitələrini sanksiya siyahısına daxil edib.

Gununsesi.info bununla bağlı “RİA Novosti” agentliyinə istinadla xəbər verir.

Məlumatlara görə, Rossiyaseqodnya.rf, Sputniknews.com, Ria.ru, Rsport.ria.ru, 1prime.ru, Realty.ria.ru və rian.com.ua saytlarına giriş qadağan olunub.

“Rossiya seqqodnya” MİA və “RİA Novosti” agentlikləri sanksiyalar siyahısında üç il müddətində qalacaq. Siyahı Ukrayna prezidenti Petro Poroşenkonun rəsmi saytında dərc olunub.