Ukraynada Rusiyanın daha bir yüksəkrütbəli zabiti MƏHV EDİLDİ

  • By admin
  • 09 Aprel 2022 10:09

Rusiya ordusunun polkovnik-leytenantı Georgi Petrunin Ukraynada məhv edilib. 

Gununsesi.info xəbər veir ki, bu barədə UNIAN məlumat yayıb.

“Samaranın hərbi komandiri, polkovnik-leytenant Georgi Petrunin Ukraynadan 200 kq yük kimi qayıdıb”, – deyə məlumatda bildirilir.

“Komsomolskaya Pravda” yazır ki, Petrunin martın sonunda ölüb və aprelin 5-də Volqoqradda dəfn edilib.

Qeyd olunub ki, Petrunin Samaranın hərbi komendantı olub, həmçinin Çeçenistan və Suriyadan döyüşüb.

Xatırladaq ki, daha əvvəl Ukraynada Rusiya Federasiyasının motoatıcı batalyonunun daha bir komandiri – mayor Ruslan Petruxin məhv edilib.

Gununsesi.info