Ukraynada Rusiyaya məxsus iki hərbi təyyarə vuruldu

  • By admin
  • 25 Dekabr 2023 11:50

Ukraynada Rusiyaya məxsus “Su-34” və “Su-30” markalı hərbi təyyarələr vurulub.

Gununsesi.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı dekabrın 25-də səhər saatlarında yaydığı açıqlamada məlumatı təsdiqləyib.

Ukrayna ordusu bazar günü “Su-34″ün məhv edildiyini açıqlayıb. İndi isə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Su-30” markalı hərbi təyyarənin də vurulması barədə məlumat yayıb.

Rusiya tərəfi bununla bağlı hələlik rəsmi açıqlama verməyib.

Baş Qərargahın məlumatına görə, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin aviasiyası şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 12 əraziyə, sursat anbarına və Rusiya qoşunlarının zenit-raket kompleksinə zərbələr endirib.

Gununsesi.info