
Ali Rada Ukraynadakı hərbi vəziyyət və səfərbərliyi 2025-ci il avqustun 6-dək üç ay uzadıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 357 deputat hərbi vəziyyətin, 346 deputat isə səfərbərliyin uzadılmasına səs verib.
Yalnız bir deputat, Aleksey Qonçarenko, buna qarşı çıxıb. Hər iki qanun layihəsi Ukrayna prezidenti Zelenski tərəfindən aprelin 15-də təqdim edilib. Bu, Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin 15-ci dəfə uzadılmasıdır.
Şəbnəm