Ukraynada saxlanılan şəxs döyülərək öldürülüb

Zakarpatyedə hərbi komissarlıq işçiləri saxlanılan şəxsi döyərək öldürüblər.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Dmitri Lubinets öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, bu barədə ona mərhumun qızı məlumat verib: “Bu iş təcili, hərtərəfli və qərəzsiz araşdırma tələb edir. Hazırda Cinayət Məcəlləsinin 128-ci maddəsinin 1-ci hissəsində (“ehtiyatsızlıqdan ağır və ya orta dərəcəli bədən xəsarəti yetirmə”) nəzərdə tutulmuş cinayət əməli haqqında məlumat EDDR-ə (Ukraynanın İbtidai İstintaqın Vahid Reyestrinə ) daxil edilmişdir”.

O, əlavə edib ki, Ukrayna Baş Prokurorluğuna sorğu göndərib.

Bundan əvvəl Ali Radanın deputatı Solomiya Bobrovskaya bildirmişdi ki, qanunu pozan TCK əməkdaşları praktiki olaraq məsuliyyətə cəlb edilmir.

 

 

Gununsesi.info