Ukraynada son 24 saat ərzində vurulan hədəflər açıqlanıb

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ukraynadakı nəqliyyat infrastrukturu obyektləri, eləcə də dron buraxılış məntəqələri zərbələrə məruz qalıb.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi məlumata görə, departament bildirib ki, döyüş tapşırıqlarına Rusiya Silahlı Qüvvələrinin əməliyyat-taktiki aviasiyası və artilleriyası cəlb olunub.

Onlara pilotsuz təyyarə heyətləri və raket qüvvələri kömək edib.

Bəyanatda qeyd olunur ki, “Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi nəqliyyat infrastrukturu obyektləri, təyyarə tipli pilotsuz uçuş aparatları üçün buraxılış meydançaları və Ukrayna silahlı qüvvələri və xarici muzdlular üçün müvəqqəti yerləşdirmə məntəqələri zədələnib”.

Maqsud

Gununsesi.info