Ukraynada sursat partladı, 3 uşaq yaralandı

Ukraynanın Çerniqov şəhərində silah-sursat sərgisində tank əleyhinə qumbaraatan partlayıb.

Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 3 uşaq yaralanıb.

HTML tutorial

Çerniqov vilayətinin rəhbəri Vyaçeslav Çaus bildirib ki, uşaqlardan birinin vəziyyəti ağırdır və o, reanimasiyadadır.

Hazırda hadisə yerinə baxış keçirilir.

Gununsesi.info