Ukraynada Türkiyənin sorğusu əsasında Almaniya vətəndaşı saxlanılıb

  • By admin
  • 17 Oktyabr 2017 23:03

hebs_58
Ukraynada Türkiyənin sorğusu əsasında “İnterpol” xətti ilə axtarışda olan Almaniya vətəndaşı saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın “Süddeutscher Zeitung” nəşri məlumat yayıb.

Məlumata görə, həmçinin Türkiyə vətəndaşlığı olan K.Kamal adlı şəxs hələ iyul ayında Ukraynada saxlanılıb. Onun Türkiyəyə ekstradisiya edilməsinə dair Ukrayna məhkəməsinin qərar verəcəyi gözlənilir.

Türkiyə tərəfi K.Kamalın siyasi motivlərlə iki şəxsi qətlə yetirməkdə şübhəli bilir. Onun saxlanılması üçün 350 000 avro məbləğində mükafat vəd edilib.

K.Kamal 2007-ci ildə Almaniyada siyasi sığınacaq alıb, 2016-cı ildə isə bu ölkənin vətəndaşı olub. Türkiyədə qadağan olunmuş Marksist-Leninist Kommunist Partiyasının üzvü olub.

 

Gununsesi.info