Ukraynada “Vaqner” muzdluları məhv edilib – FOTO

  • By admin
  • 08 Mart 2022 23:10

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın Ukraynaya hücumunda iştirak edən “Vaqner” hərbi dəstəsinin bir qisminin məhv edilməsi barədə məlumat yayıb.

“Rusiya döyüşlərə özəl hərbi şirkətlərdən muzdluları cəlb edir. Xüsusilə də məlumdur ki, “Vaqner” muzdluları artıq Rusiya ordusunun tərkibində Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak edirlər. Bunu, məhv edilmiş döyüşçülərin nişanları da sübut edir”, – məlumatda deyilir.

 

Gununsesi.info