Ukraynada yaşayan Ahıska türkləri Tükiyəyə köçürlür

  • By admin
  • 18 Noyabr 2016 14:46
turk
Türkiyə hökuməti  isə Ukraynadan köçən Ahıska türklərini ölkənin şərq bölgələrində yerləşdirir.
Gununsesi.info  “Anadolu”-ya istinadən xəbər verir ki,  bu yaxınlarda  Ukraynada daha 341  Ahıska türk ailəsi Türkiyədə daimi yaşamaq  üçün köç edib. Hökumət onları ölkənin şərqindəki Ərzincan əyalətində yerləşdirib. Ahıska türklərinin yerləşdirilməsi ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın tapşırığı əsasında baş nazir Binəli Yıldırım  tərəfində koordinasiya edilir.
Bundan öncə 1206 Ahıska türkü Ərzincanın Üzümlü rayonunda yerləşdirilib.
Qeyd edək ki, Ahıska türklərinin vətəni Gürcüstanın cənub-qərb bölgəsidir. Onlar 1944-cü ildə kütləvi surətdə Qazaxstan, Özbəkistan və Qırğızıstana sürgün ediliblər. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisində Ahıska türkləri  təzyiqlərə məruz qaldığından yaşadıqları yerləri tərk etmək zorunda qaldılar və onların böyük bir qismi Ukraynanın  Slavyansk rayonunda yerləşdirildilər. Ukraynanın şərqində  təqribən yeddi min Ahiska türkü yaşayır.
Gununsesi.info