Ötən gecə Donetsk vilayətinin Kramatorsk şəhəri güclü raket atəşinə məruz qalıb.
Gununsesi.info Baku TV-ə istinadən xəbər verir ki, raket zərbəsi şəhərdə ciddi dağıntılara səbəb olub. Dağıntılar zamanı üç nəfərin öldüyü, 20-dən çox şəxsin yaralandığı bildirilir.
Kramatorskda yaşayan həmvətənlərimizə də ziyan dəyib. Belə ki, həmyerlilərimizdən birinin işlətdiyi mağaza raket zərbəsi zamanı dağılıb.
Gununsesi.info