Ukraynada yeni döyüşlərin tarixi ilə bağlı ŞOK PROQNOZ

  • By admin
  • 11 Aprel 2022 09:03

Astroloq Dmitri Urantus Donbasda rus ordusunun yeni genişmiqyaslı hücumunun mümkün tarixlərini açıqlayıb.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.

Urantusun proqnozuna görə, intensiv döyüş əməliyyatlarının başlanması aprelin 11-12-də gözlənilir.

“Düşmənin hücum əməliyyatları ən azı aprelin 24-dək davam edəcək. Təxminən aprelin 16-da, Mars və Saturnun birləşmə aspektinin dağılmasından sonra hadisələrin son nəticəyə gətirib çıxaracağı ehtimal olunur. Mars Balıq bürcünə keçəcək, müharibənin tempi dəyişməlidir”, – astroloq qeyd edib.

O əlavə edib ki, aprelin 30-da – yeni aydan sonra, mayın 3-5-i tarixlərində danışıqlar və razılaşmalar üçün əlverişli vaxt gəlir.

Gununsesi.info