Ukraynada yeni səfərbərlik hazırlığı

  • By admin
  • 20 Dekabr 2023 14:43

Ukrayna müharibəyə daha 500 min insanın səfərbər edilməsi təklifini nəzərdən keçirir.

Gununsesi.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ordunun daha 450 mindən 500 minə qədər insanı orduya cəlb etməyi təklif etdiyini açıqlayıb.

Zelenski dünənki mətbuat konfransında bunun “çox həssas” bir məsələ olduğunu və ordu və hökumətin təklifin parlamentə göndərilib-göndərilməyəcəyinə qərar verməzdən əvvəl bunu qiymətləndirəcəyini bildirib. Təklifi dəstəkləməzdən əvvəl Zelenski bununla bağlı daha çox dəstəkləyici arqumentlərə ehtiyacı olduğunu bildirib və “Bu, çox ciddi rəqəmdir” deyib.

Ukrayna 2022-ci ilin fevralından Rusiya qoşunlarına qarşı döyüşür. Həm Ukrayna, həm də Rusiya müharibə itkilərini dövlət sirri hesab edirlər. Lakin ABŞ rəsmiləri yüz minlərlə insanın öldüyünü və yaralandığını təxmin edir.

Ukrayna əsgərlərinin sayı məlum deyil, lakin Ukrayna keçmişdə 1 milyona yaxın insanın silahlınığını bəyan edib. Ötən gün Rusiya əsgərlərinin sayını 1,5 milyona çatdırmağı planlaşdırdığını açıqlayıb.

Gununsesi.info