Ukraynada yük avtomobili mikroavtobusla toqquşub - 9 NƏFƏR ÖLÜB

  • By admin
  • 22 Sentyabr 2019 19:12
Ukraynada bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Gununsesi.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Odessada baş verib.
Məlumata görə, yük avtomobili mikroavtobusla toqquşub. Qəza nəticəsində 9 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Qeyd edilir ki, polis hadisə ilə bağlı təhqiqata başlayıb.
Qəzanın başvermə səbəbi açıqlanmır.
Gununsesi.org