Ukraynada yüksək vəzifəli hərbçi öldü – Əlində qumbara partlayıb

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının köməkçisi Gennadi Çastyakov döyüş sursatı ilə ehtiyatsız davranması nəticəsində ölüb.

Gununsesi.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndəsi Maryana Reva bildirib.

“Hadisə yerinə gələn polis və əməliyyat-istintaq qrupundan alınan məlumata görə, partlayış döyüş sursatı ilə ehtiyatsız davranma nəticəsində baş verib”, – Reva deyib.

Ukraynanın daxili işlər naziri İqor Klimenko da hadisənin təfərrüatlarını açıqlayıb. “Bu gün mərhum mayor Çastyakovun doğum günü idi. O, ailəsinə göstərməyə başladığı həmkarlarının hədiyyələri ilə evə qayıdıb. O, içərisində qumbara olan hədiyyə qutusunu çıxarıb və döyüş sursatından birini oğluna göstərməyə başlayıb. Bunlar yeni Qərb üslublu qumbaralar idi. Oğul əvvəlcə silah-sursatı əlinə alıb və halqanı çevirməyə başlayıb. Daha sonra hərbçi uşaqdan qumbaranı alaraq, halqanı çıxarıb və faciəvi partlayışa səbəb olub”, – deyə nazir bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı da köməkçisi Gennadi Çastyakovun ölümünü təsdiqləyib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı “Facebook”da yazıb.

Gununsesi.info