Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Rusiya Belarus və Krım da daxil olmaqla, müxtəlif nöqtələrdən İran dronları və raketlərlə Ukraynanın istənilən nöqtəsini hədəf alır. Ölkədə hətta yolda gedən maşınlar belə hədəfdir.
Məlumata görə, ötən gecə Kiyev, Çerniqov, Donetsk, o cümlədən cənub cəbhəsində 25 kamikadze dronu məhv edilib.
O da qeyd edilib ki, Ukrayna Ordusu Xersonda irəliləyərək, şəhərin yaxınlığına çatıb.
“Rusiya hərbi hissələri Dnepr çayının sol sahilinə keçməyə məcbur edilib. Ərazidə intensiv döyüşlər gedir”, – deyə jurnalist əlavə edib.
O da bildirilib ki, Ukrayna uğrunda gedən döyüşlərdə indiyə qədər 20 azərbaycanlı həlak olub.
Gununsesi.info