Ukraynadakı müharibədə 400 uşaq həlak olub

Bu ilin fevral ayından bəri davam edən Rusiya işğalı nəticəsində Ukraynada 400-dən çox uşaq həlak olub, çoxlu sayda yaralanıb, ailə üzvlərini itirib və ya evlərini tərk etmək məcburiyyətində qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı baş katibin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari DiKarlo danışıb.

HTML tutorial

“Bu gün mən ən kiçik ukraynalıların hüquqlarının, təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi probleminə diqqət yetirmək istərdim. 400-dən çox uşaq öldürüldü, bir çoxu yaralandı, ailə üzvlərini itirdi və ya evlərini tərk etməyə məcbur oldu. “Müharibə uşaqları” hökumət portalının noyabrın 12-nə olan məlumatına görə, 279 uşaq itkin düşüb. “Uşaqların Rusiya tərəfindən Rusiya Federasiyasına və ya Ukraynanın işğal olunmuş ərazilərinə zorla köçürülməsi ilə bağlı həyəcanlı xəbərlər də var”, – o deyib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi də beynəlxalq humanitar hüquqa zidd olaraq uşaqların Rusiya Federasiyasına deportasiyası ilə bağlı bir neçə hadisəni sənədləşdirib.

Gununsesi.info