
Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada müharibə başlayandan bəri həlak olan dinc sakinlərin sayını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında Humanitar Yardım Koordinasiya Ofisinin (OCHA) Cenevrə Nümayəndəsi və Əlaqələndirmə Bölməsinin direktoru Ramesh Rajasingham açıqlama verib.
Rajasingham bu günə kimi müharibədə 9900 dinc sakinin həlak olduğunu və 10 milyon insanın evlərini tərk etdiyini bildirib.
O, Ukraynada təxminən 18 milyon insanın yardıma ehtiyacı olduğunu vurğulayıb..
Gununsesi.info