
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukraynadakı müharibənin hərbi həlli yoxdur və ABŞ Rusiya ilə danışıqlara başladıqdan sonra başa çatdırıla bilər.
Gununsesi.info xəbər verir ki, bu haqda o “Bild”ə müsahibəsində danışıb.
O qeyd edib ki, bu vəziyyətdə Ukrayna tərəfinin qələbə ehtimalına inanmaq olmaz.
“Mən ukraynalıların əleyhinə deyiləm. Ona görə də ukraynalıların sağ qalmaq şansının olduğuna ümid etməyən adam kimi görünmək istəmirəm. Amma reallıq ondan ibarətdir ki, Ukrayna ilə Qərb arasında bu cür əməkdaşlıq uğursuzluqla nəticələnib. Biz onları maliyyə, informasiya və alətlərlə dəstəkləyirik, lakin onların Rusiyaya qarşı münaqişədə qalib gələ biləcəklərini düşünmək vəziyyəti yanlışdır. Bu qeyri-mümkündür”.
Gununsesi.info