Ukraynadakı vəziyyət dünyanı ac qoya bilər

  • By admin
  • 23 Mart 2022 14:16

Rusiya və Ukrayna istehsalı olan məhsulların ərzaq bazarından çıxarılması bütün dünyada ərzaq çatışmazlığı ilə nəticələnə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə  “Kommersant” yazıb.  

Bildirilib ki, ölkələr yeni tədarükçülər axtarır. Məsələn, Livan ABŞ, Hindistan və Qazaxıstandan buğda tədarükü ilə bağlı danışıqlar aparır, Misir isə Hindistanla unun tədarükü ilə bağlı danışıqları başa çatdırır.

Dünya taxıl ixracının üçdə birindən çoxu Rusiya və Ukraynanın payına düşür və bu ölkələr günəbaxan yağı tədarükündə də lider olub.

BMT Ukraynadakı vəziyyətə görə taxıl və gübrələrin dünya qiymətlərinin 8-22 faiz arta biləcəyini proqnozlaşdırır.

Bəzi ölkələr taxılsız qalmaqdan və qıtlığın yaranmasından ciddi narahatdılar. 2022-2023-cü illərdə dünyada qida çatışmazlığından əziyyət çəkən insanların sayının 8-13 milyon nəfər artacağı proqnozlaşdırılır.  Bir sıra idxalçı ölkələr qiymətlərin kəskin bahalaşmasıyla ərzaq alışı üçün vəsait çatışmazlığı ilə üzləşə bilər. Onlar öz istehsallarını artırmaq istəyirlər.

Xatırladaq ki, BMT-nin baş katibi Antonio Quterreşin sözlərinə görə, Ukraynadakı vəziyyət ərzaq, gübrə və enerji qiymətlərinin artması səbəbindən dünyanı qlobal qıtlıqla təhdid edir.

Mart ayında rus əkinçiləri əkin mövsümünün pozulması təhlükəsi barədə xəbərdarlıq etdilər. Belə ki, kreditorlar subsidiyaların avans ödənişlərinin verilməsini təxirə salmağa başlayıb.

Gununsesi.info