
Ukraynadan Azərbaycana idxal olunan toyuqlarn 30 faizinin su olması ilə bağlı fakt rəsmi qaydada təsdiqləndi.
Bu barədə Gununsesi.info-ya açıqlamasında Azad İstehlakçilar Birlyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, bununla bağlı aidiyyat dövlət qrumlarına müraciət edib Ukraynadan idxal olunan toyuqların ekspertizadan keçməsini təklif etmişdik: “Artıq bu gün aidiyyatı dövlət orqanının keçirdiyi ekspertizanın nətiçələrini əldə etdik. Məlum oldu ki,doğurdan da Ukraynadan idxal olunan toyqların 30 faizi sudur(norma 4%)” E.Hüseynov təəssüflə bildirib ki, biznes qurumları onlar üçün yaradılmış bu rahat şəraitı düzgün qiymətləndirmirlər və vəziyyətdən suı-istifadə edirlər. “ Bir müddət öncə KİV-də Bu barədə yazanda çoxları “böhtandır” deyə bizi təkzib edirdilər. Ancaq AİB bunu sübut etdi. Odur ki, cənablar ehtiyatlı və diqqətli olun!”.
E.Hüseynov onu da əlavə edib ki, yəqin 02.08 tarixdə 21.00 -da ATV nin xəbərlər proqramında Səhiyyə Nazirlyinin yoxlaya bilmədiyi təhlükəli siqaretlərdən olan “Karvan” və “Şəki” filtirsiz siqareti barədə müsbət rəy ala biləcəyik. “Bu işdə KİV-ə minnətdarlığımı bildirirəm. Məhz KİV-in aktiv dəstəyi ilə əmtəə bazarında insan orqanizmi üçün təhlükəli məhsulların sıradan çıxarılmasına nail olmaq mümkündür”- deyə, o vurğulayıb.
Mürtəza
Gununsesi.info