Ukraynadan Lukaşenkonun iddialarına CAVAB

  • By admin
  • 03 İyul 2021 09:10

“Ukrayna hökuməti Belarusla ümumi sərhədlərin bağlanması ilə bağlı Minskdən hər hansı rəsmi məktub almayıb”.

Gununsesi.info xəbər verir ki, vunu Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko deyib.

“Ukrayna tərəfi sərhədlərin Belarus tərəfdən bağlanması ilə bağlı hələ rəsmi məlumat almayıb. Bu addımdan ən çox Belarus xalqı əziyyət çəkəcək. Ukrayna ölkədən Belarusa silah tədarükü ilə bağlı Aleksandr Lukaşenkonun ittihamını qəti şəkildə rədd edir. Biz heç vaxt Belarusun daxili işlərinə qarışmamışıq. Gələcəkdə də bunu etmək fikrimiz yoxdur. Şimal sərhədinin təhlükəsizlik məkanı olaraq qalması üçün Minskdən də eyni mövqeyi gözləyirik.

Əminik ki, heç bir absurd ittiham Belarus xalqını dost Ukrayna xalqından və insan hüquqlarını qoruyan, hörmət edən Ukrayna dövlətindən uzaqlaşdırmayacaq”, – Nikolenko bildirib.

Xatırladaq ki, Aleksandr Lukaşenko ölkə ərazisinə Ukraynadan xeyli sayda silah gəldiyinə görə sərhəd qoşunlarına sərhədləri tamamilə bağlamağı tapşırdığını bildirmişdi.

Gununsesi.info