Ukraynadan qaçanların sayı 1,7 milyonu keçdi

  • By admin
  • 08 Mart 2022 11:09

Martın 8-nə olan məlumata görə, fevralın 24-də müharibə başlayandan bəri Ukraynanı 1 735 068 nəfər tərk edib.

Gununsesi.info BMT-nin Qaçqınlar üzrə Agentliyinə istinadən xəbər verir ki, onlardan 1 027 603 nəfər Polşaya, 180 163 nəfər Macarıstana, 128 169 nəfər Slovakiyaya, 82 762 nəfər Moldovaya, 78 977 nəfər Rumıniyaya, 53 300 nəfər Rusiyaya köçüb.

406 nəfər Belarusla sərhədi keçib, 183 688 nəfər isə digər Avropa ölkələrinə gedib.

Gununsesi.info