Ukraynadan Rusiya donanmasına pilotsuz təyyarə hücumu

Limanda Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinə Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində iki döyüş gəmisi zədələnib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı limanın ətrafında 16 yaşlı qızın yüngül xəsarət aldığı açıqlanıb.

Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Rusiya donanmasına məxsus gəmilərin yerləşdiyi Dağıstan Muxtar Respublikasının Kaspiysk limanına səhər saatlarında pilotsuz təyyarələrlə hücumlar edildiyini açıqlayıb. 

Ukrayna kəşfiyyat mənbələri hücum nəticəsində Xəzər Dəniz Donanmasının tərkibindəki “Tatarıstan” və “Dağıstan” adlı döyüş gəmilərinin də zədələndiyini də açıqlanıb.

Kəşfiyyat məlumatında xatırladılıb ki, Xəzər Dəniz Donanması bundan əvvəl Ukraynanın Xerson və Zaporojya ərazilərinə raket hücumları həyata keçirib.

Orxan Saffari

Gununsesi.info