Ukraynadan Rusiya və İran AÇIQLAMASI

“Bundan sonra da Ukraynanı qorxutmaq və ya dayandırmaq mümkün deyil”.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

HTML tutorial

O bildirib ki, hazırda bütün ölkə üzrə bərpa işləri aparılır:

“İndi biz müharibənin davam etdiyi müddətdə onun yaralarını sağaltmaqla məşğuluq. Rusiya Ukrayna şəhərlərinə ümumilikdə 84 qanadlı raket atıb. Bunlardan 43-ü Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Rusların göndərdiyi İran istehsalı olan 24 PUA-dan 13-nün Ukrayna qüvvələri tərəfindən vurulub. Mən hər on dəqiqədən bir İran istehsalı olan “Şəhid”in (kamikadze PUA-red.) vurulması xəbərini alıram”.

Vladimir Zelenskinin fikrincə, Rusiya cəbhədə uğursuzluğa düçar olduğu üçün Ukraynada terror aktları törədir:

“Hava zərbələri təhlükəsi davam etdiyi üçün vətəndaşları diqqətli olmağa çağırıram. Biz qalib gələcəyik. Buna heç kimin şübhəsi olmasın”.

Gununsesi.info