Ukraynadan Rusiyanın taxıl sazişindən çıxmasına REAKSİYA

  • By admin
  • 29 Oktyabr 2022 19:59

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiyanın taxıl sazişindən çıxmasına reaksiya verib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında yazıb.

O deyib ki, Moskva taxıl dəhlizini bloklamaq üçün saxta bəhanədən istifadə edir.

“Biz xəbərdarlıq etmişdik. İndi Moskva milyonlarla insanın ərzaq təhlükəsizliyini təmin edən taxıl dəhlizini bloklamaq üçün saxta bəhanədən istifadə edir. Mən bütün dövlətləri Rusiyadan aclıq oyunlarını dayandırmağı və öhdəliklərini yerinə yetirməyi tələb etməyə çağırıram”, – Kuleba qeyd edib.

Qeyd edək ki, Rusiya taxıl müqaviləsində iştirakını dayandırdığını bəyan edib.

Gununsesi.info