Ukraynadan sensasiya: SAAKAŞVİLİNİ PUTİNƏ HƏDİYYƏ ETDİLƏR

  • By admin
  • 10 Oktyabr 2021 12:02

“Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həbsi Rusiya lideri Vladimir Putinə ABŞ xüsusi xidmət orqanlarının hədiyyəsidir”.

 

Gununsesi.info xəbər verir ki, bu bəyanatla Ukrayna Ali Radasının müxalif “Həyat üçün” Partiyasının deputatı İlya Kiva çıxış edib.

 

“Saakaşvili ilə bağlı baş verənlər Amerika xüsusi xidmət orqanlarının Vladimir Putinə hədiyyəsidir. Ona (Saakaşviliyə) deyiblər ki, “səninlə bağlı hər şey yaxşı olacaq, gəl”.

 

Onun üçün dəhliz yaratdılar. Çünki Gürcüstanda olduğu kimi bizim ölkəmizdə də hər şeyə Dövlət Departamenti nəzarət edir. Buna görə dəhliz təşkil edildi və Mişa ona heç bir şey olmayacağına əmin olaraq yola düşdü. Məsələ belədir”, – deyə Kiva “Birinci müstəqil” telekanalının efirində deyib.

 

Deputat hesab edir ki, Saakaşvilinin həbsi “Gürcüstanın 2008-ci ildə Cənubi Osetiyaya hücumu”nun bir növ təzminatı oldu.