Ukraynadan xoş xəbər - Rusiyanın 12 silah anbarı və 4 hərbi bazası məhv edilib

  • By admin
  • 31 İyul 2022 11:16

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, iyulun 29-da düşmənin 12 silah anbarı və 4 hərbi bazası məhv edilib.
Həmin gün Rusiya hərbçilərinə sursat daşımaq üçün istifadə olunan dəmir yol körpüsü də dağıdılıb.

Bununla da cəbhə ilə dəmiryol əlaqəsi kəsilib.
Müharibə başlayandan bu yana öldürülən Rusiya hərbiçilərinin sayı 40 mini keçib.
Rusiya Xerson istiqamətində Ukrayna ordusunun hücumunu dayandırmaq üçün Donbasdakı qüvvələrini azaldır. Bu isə cəbhənin həmin hissəsində Ukraynanın qələbə imkanlarını artırır.

Günay 
Gununsesi.info