Gununsesi.info xəbər verir ki,Ukraynanın Nikolayev şəhərinin sakinləri olan Albeşenko ailəsi müharibə başlayandan öz evlərini, daha dəqiq desək, həyətlərini qərargaha çeviriblər. Onlar burada həm yaşayır, həm də döyüş tapşırıqları üçün toplaşırlar.
Dörd nəfərdən ibarət olan ailə eyni zamanda könüllü əsgər yoldaşları üçün də yaşamağa, onların ailələrini artilleriya atəşindən qorumaq üçün sığınmağa şərait yaradıblar. Ailənin xanımı Svetlana Albeşenko deyir ki, müharibə başlayandan evin qarajında, bunkerdə gizlənirlər. Çox qorxuludur, hər yerdə atəş açırlar.
“Uşaqları qorumaq üçün bunkerə köçmüşük. Günlər çox tez keçir. Uşaqlarla da məşğul olmağa çalışıram, çünki dərsləri də unutmaq olmaz”, – deyə o əlavə edib.
“Könüllülər mərkəzi” xeyriyyə fondunun rəhbəriyəm. Müharibə başlayandan bunkerdə yaşayırıq. Ehtiyac olarsa, döyüşlərə qatılmağa hazırıq”, – deyə ailənin başçısı Yuri Albeşenko qeyd edib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Gununsesi.info