Ukraynalı deputat: “Ölkə parlament respublikasına çevrilə bilər”

  • By admin
  • 30 İyun 2020 12:25

Ukrayna Ali Radasının deputatı, “Həyat Naminə Müxalifət Platforması” partiyasının həmsədri Vadim Rabinoviç bildirib ki, Vladimir Zelenski Ukraynanın sonuncu prezidenti ola bilər.

Gununsesi.org Gazeta.ru-ya istinadən xəbər verir ki, deputatın açıqlaması üzvü olduğu partiyanın saytında dərc edilib.

Siyasətçi hesab edir ki, Ukrayna parlament respublikası olmağa doğru irəliləyir.

V.Rabinoviç bildirib ki, bir il əvvəl Vladimir Zelenskiyə səs verən Ukrayna əhalisinin əksəriyyəti bu gün hökumətin fəaliyyətindən məyusdur.

Deputat ötən il verdiyi proqnozu da xatırladıb:

“Vladimir Zelenski Ukraynanın ən uğurlu prezidenti olmaq imkanını əldən verəcəksə, ölkəmizin tarixində sonuncu prezident olacaq və Ukrayna parlament idarəçiliyi üsuluna keçəcək”.

Gununsesi.org