UEFA Ukraynanın “Dinamo” (Kiyev) klubunun futbolçusu Artyom Besedini dopinq qəbul etdiyinə görə cəzalandırıb.
Gununsesiaz.info qurumun rəsmi saytına istinadən xəbər verir ki, qanında qadağan olunmuş maddə aşkarlanan ukraynalı hücumçu bir il müddətinə futboldan uzaqlaşdırılıb.
Kiyev təmsilçisi cəza barədə sənədin tam mətni ilə tanış olduqdan sonra İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər. 23 yaşlı forvard bu mövsüm Avropa Liqasının qrup mərhələsinin “Malmö” ilə səfər matçından sonra (3:4) dopinq-testə girməkdən imtina etmişdi.
Qeyd edək ki, “Dinamo”nun yetirməsi olan Besedin 2013-cü ildən bu komandanın formasını geyinir. 2015-ci ildə icarə əsasında “Metallist” klubunda çıxış edən futbolçu Ukrayna millisinin də üzvüdür. O, cari mövsüm Premyer Liqada meydana çıxdığı 13 oyunda 8 qol vurub.
Gununsesiaz.info