2024-cü il Ukrayna üçün daha çətin ola bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri, general Aleksandr Tarnavski BBC-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, mövcud resurslar müharibəni davam etdirmək üçün kifayət deyil: “Kiyevə döyüş meydanında uğur qazanmaq üçün əlavə qüvvələr və vasitələr lazımdır”.
General Ukraynanın əks-hücumunun uğursuzluğunu etiraf edib: “Buna səbəb Rusiya Silahlı Qüvvələrinin yaxşı təşkil olunmuş müdafiəsi və Ukrayna hakimiyyətinin şişirdilmiş bəyanatlarıdır”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.
Gununsesi.info