Ukraynalı hərbiçilər: “Ya qələbə çalacağıq, ya da öləcəyik”

  • By admin
  • 17 Dekabr 2021 17:47

Donbasdakı Ukrayna hərbçiləri Rusiyanın təcavüzünü dəf etməyə, qələbə çalmağa, ya da ölməyə hazır olduqlarını bəyan ediblər.

Gununsesi.info  xəbər verir ki, bu barədə Qərb mediaları – “The Sun” və “Politico” nəşrləri yazıb.

HTML tutorial

Nəşrlər Avropa sakinlərini unudulmuş münaqişəni xatırlamağa çağırıb.

“The Sun”-a müsahibə verən Ukrayna hərbçiləri Rusiya qoşunlarının böyük texniki və kəmiyyət üstünlüyünə baxmayaraq, sona qədər döyüşməyə hazır olduqlarını vurğulayıblar:

“Bizim üçün bu, uduzmamalı olduğumuz mübarizədir”, – ukraynalı zabit britaniyalı jurnalistə deyib.

“Politico” reportajının qəhrəmanı, həm də ukraynalı hərbçi jurnalistə deyib:

“Rusiya həmişə Ukraynanı ələ keçirməyə çalışıb. Onlar həmişə torpağımızı, xalqımızı məhv ediblər”.

Başqa bir əsgər isə deyib ki, yeddi illik müharibəyə baxmayaraq, hələ də Kiyevin nəzarətində olmayan ərazilərdə çox sayda ukraynalı yaşayır və onlara dəstək lazımdır.

Başqa bir əsgər isə bildirib ki, Rusiya işğala başlasa, Çeçenistandandakından da pis partizan müharibəsi ilə üzləşəcək.

Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskov isə dəfələrlə vurğulayıb ki, Moskva heç bir aqressiv plan hazırlamır.

Gununsesi.info