CNN-in məlumatına görə, Monakoda sui-qəsd cəhdindən sağ çıxan ukraynalı iş adamı Vadim Yermolayev Ukrayna kəşfiyyat zabitlərinə şəxsi müştəri adından hərəkət etmək üçün pul ödədiklərini düşünür.
Gununsesi.info-nun xəbərinə görə, “Düşünürəm ki, bu, sifarişli sui-qəsd idi. Kimsə bu cür əməliyyatları necə həyata keçirməyi bilən hərbi kəşfiyyat mütəxəssislərini özəl olaraq işə götürüb və onlar bu işi pul müqabilində öz üzərinə götürüblər”, – deyə o bildirib.
Eyni zamanda, Yermolaev qeyd edib ki, Kiyevin ona qarşı sui-qəsd cəhdində iştirak etdiyi ehtimalına şübhə ilə yanaşır.
Qeyd edək ki, Monakoda partlayış iyunun 29-da baş verib. Yermolayevdən əlavə, onun yoldaşı və 13 yaşlı oğlu da yaralanıb. Əsas şübhəli İnterpolun beynəlxalq axtarış siyahısına daxil edilmiş Ukrayna vətəndaşı Anastasiya Berezovskaya olub.
Onun cəsədi iyulun 6-da Kiyev yaxınlığında güllə yaraları ilə tapılıb. Keçmiş hüquq-mühafizə orqanı əməkdaşı ilə birlikdə saxlanılan Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin hazırkı zabiti cinayəti etiraf edib.
Maqsud












