Ukraynalı jurnalist ermənilərin minaladığı ərazidən reportaj hazırladı - VİDEO

  • By admin
  • 25 Yanvar 2023 10:05

Ukraynanın “Ukrayna Now” informasiya agentliyinin jurnalisti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləməsi prosesini izləyib. Jurnalist bildirib ki, bu günə qədər 300-ə yaxın şəxs mina qurbanı olub, onlardan 50-si hadisələr zamanı həyatını itirib.

“Minalarla çirklənmiş ərazilər öz həcminə görə Qətər kimi ölkənin ərazisi  ilə müqayisə edilir. Bu boyda ərazinin təmizlənməsi bir neçə onilliklər çəkə bilər”, – ukraynalı jurnalisti məlumatlandıran şəxs deyib.

Qeyd olunub ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin yalnız 25 faizi dəqiq çıxıb.

Daha ətraflı ukraynalı jurnalistlərin minalanmış ərazilərdən hazırladığı videoreportajda tanış ola bilərsiniz:

Gununsesi.info