Ukraynalı modelin bu hərəkəti Rusiyanı qəzəbləndirdi

  • By admin
  • 22 Fevral 2024 11:10

Rusiyanın paytaxtı Moskvada Qızıl meydanda Müqəddəs Vasil kilsəsi qarşısında yarıçılpaq açıq poza verdikdən sonra Rusiya ukraynalı model Lolita Boqdanovanı “ən çox axtarılanlar siyahısına” əlavə edib və bu görüntülər yenidən yayılıb.

Gununsesi.info xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibə iki ildir davam edərkən, “Lola Bunny” ləqəbli 24 yaşlı model Lolita Boqdanovanın 2021-ci ildə çəkilmiş görüntüləri sosial mediada paylaşma rekordu qırıb.

Foto yenidən yayıldıqdan sonra Rusiya hakimiyyət orqanları tədbir görüb. 2021-ci ildə çəkilmiş fotolar o zaman yüksək vəzifəli şəxslərin diqqətini çəkməyib və yalnız bir kilsə işçisi reaksiya verib.

Ancaq müharibənin təsiri ilə gənc modelə reaksiya sürətlə böüyüyüb. Ukraynanın Makiivka bölgəsində doğulan Boqdanova videonu paylaşmadığını və üzr istədiyini bildirib.

Boqdanovanın ABŞ-a köçmüş ola biləcəyi açıqlansa da, Rusiya Daxili İşlər Nazirliyi modelin “ən çox axtarılanlar siyahısına” salındığını açıqlayıb. Gənc modelə qarşı hansı ittihamların irəli sürüldüyü açıqlanmayıb.

Gununsesi.info