Ukraynalı səfiri tanka qoyub ölkəsinə göndərin – ETİRAZ

  • By admin
  • 20 Aprel 2022 13:20

Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik Berlinin Rusiyaya qarşı müharibədə Kiyevə lazımi dəstək verməməsindən şikayətlənib. Onun Almaniyadan narazılıq etməsi yerli sakinlər tərəfindən etirazla qarşılanıb.

Gununsesi.info xəbər verir ki, ukraynalı diplomatın çıxışından narazı qalan Almaniya vətəndaşları kansler Olaf Şoltsa müraciət edərək, səfirin ölkədən çıxarılmasını tələb ediblər.

“Cənab Şolts, zəhmət olmasa səfir Melniki tanka qoyun və Ukraynaya göndərin. Daha onu eşitmək istəmirik. Bu adam Bundesveri özünəxidmət mağazası ilə səhv saldı. Biz Ukraynanın müdafiəçisi deyilik, Şolts öz maraqlarımızı qorumalıdır. O, bunun üçün seçilib”, – müraciətdə deyilir.

Almaniya mətbuatı isə yazır ki, səfir Melnik hətta Berlinin Ukraynaya hansı silah növlərini göndərə biləcəyini və göndərməli olduğunu dəqiq sadalayıb. Bu isə Kiyevin işinə qarışmaq kimi qəbul olunub.

Qeyd edək ki, Ukrayna rəsmiləri Rusiya ilə müharibədə Almaniya hökumətinin onlara dəstək vermədiyini bildirərək, narazılıqlarını ifadə ediblər.

Gununsesi.info