Ukraynalı uşaqların zorla Rusiyaya köçürülməsi ilə bağlı yeni təfərrüatlar - HESABAT

  • By admin
  • 26 May 2023 10:01

 

Human Rights Watch Rusiya rəsmilərinin Ukrayna vətəndaşlarını, o cümlədən hərbi əməliyyatlardan qaçan vətəndaşları Rusiyaya və ya Ukraynanın işğal olunmuş ərazilərinə zorla köçürmək üçün məcburi tədbirlərdən necə istifadə etdiyini geniş şəkildə sənədləşdirib.

 

Gununsesi.info-nun xəbərinə görə, bu barədə adıçəkilən təşkilatın  “Biz həmçinin uşaqların məcburi köçürülməsini və müharibənin yaşayış müəssisələrindəki uşaqlara dağıdıcı təsirini sənədləşdirmişik” deyə açıqlamasında bəyan olunur.

Ukraynalı uşaqlar Rusiyaya zorla deportasiya edilib və ya Rusiyanın nəzarətində olan ərazilərə köçürülüb. Bu, müharibə cinayətidir. O, həmçinin məcburi surətdə deportasiya edilmiş ukraynalı uşaqların hüquqlarının “çoxsaylı və üst-üstə düşən pozuntulara” məruz qaldığı qənaətinə gəlib.

Zorla deportasiya edilmiş uşaqlar Ukrayna dilindən, mədəniyyətindən, adət-ənənələrindən və dinindən uzaq, tanış olmayan bir mühitə yerləşdiriliblər. Bir çox belə uşaqlar hərbi təlimlərə və “çox vaxt məqsədyönlü yenidən təhsilə bərabər olan Rusiyayönlü məlumat kampaniyalarına” məruz qalıblar”.

Hesabatda həmçinin vurğulanır ki, Rusiya qanunvericiliyində edilən dəyişikliklər hakimiyyət orqanlarına ukraynalı uşaqlara sürətlə Rusiya vətəndaşlığı verməyə imkan verib, onların qəyyumluğunu və Rusiyadakı rus ailələri tərəfindən övladlığa götürülməsini asanlaşdırıb.

Hesabatda Rusiya hakimiyyətinin ukraynalı uşaqların öz ölkələrinə qayıtmasına və ya ailələrindən ayrılmış ukraynalı uşaqların yenidən birləşməsinə yardım etmədiyi müəyyən edilib.

Hesabatda deyilir ki, Rusiyada köçürülən uşaqların mərkəzləşdirilmiş siyahısı yoxdur: “Bundan əlavə, uşaqlar dəfələrlə yerdən yerə köçürülür və bəzən ukraynaca deyil, rusca adlarla çağırılır. Ukraynalı ailələr uşağın yerini tapsalar belə, həmin uşağı Ukraynaya qaytarmaq üçün çoxsaylı maddi-texniki və maliyyə çətinlikləri ilə üzləşirlər. 

Rusiya beynəlxalq öhdəliklərinə əməl etməli və ukraynalı uşaqların dərhal öz ölkələrinə və ailələrinə qayıtmasını təmin etməlidir”.

Tərcümə:

Afət Abbasova