46 yaşlı ukraynalı vətəndaşı Almaniyada qaçqınlar mərkəzində ölüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hadisə Almaniyanın Meklenburq-Pomeraniya federal əyalətinin şimal-şərqindəki Rostok şəhərində baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, kişinin ölümünün şərtləri ehtimal olunan qətli göstərir. Məlumdur ki, ağır yaralı ukraynalı yataqxanada mühafizə işçisi tərəfindən tapılıb və təcili yardım çağırılıb.
Lakin o, həyatını itirib.
Daha sonra “Ostee-Zeitung” qəzeti yazıb ki, polis Rostokdakı hosteldə bir ukraynalının ölümündə şübhəli bilinən şəxsi həbs edib. Hazırda onun həbsinə order verilməsi məsələsi həll edilir.
Mətbuat saxlanılan şəxsin 26 yaşında və ukraynalı olduğunu yazır.
Prokurorluq istintaq sirrini əsas gətirərək qətlin şəraiti və cinayətin ehtimal olunan motivləri barədə məlumat vermir.
Qeyd edək ki, iyunun 3-də 9 yaşlı ukraynalı Valeriya Almaniyaya məktəbə gedərkən yoxa çıxıb.
Onun cəsədi bir həftə sonra meşədə tapılıb. Uşağın anası ilə əvvəllər münasibətdə olan 36 yaşlı Moldova vətəndaşı qətldə şübhəli bilinərək saxlanılıb.
İlhamə
Gununsesi.info