
Berlində Rusiya səfirliyi yaxınlığında keçirilən etiraz aksiyaları zamanı alman polisi ukraynalılara bu dildə danışmağı qadağan edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya səfirliyinə toplaşan 900-ə yaxın insan millətçi şüarlar səsləndiriblər.
Məlumata əsasən Berlin polisi müdaxilə edərək, onlara Ukrayna dilindən istifadə etməyi qadağan edib. Polis onlara yalnız alman və ingilis dillərində çıxış etməyə icazə verib.
Bildirilir ki, qanuna görə, polisin mitinqlərdə xarici dillərdən istifadəni qadağan etmək hüququ yoxdur.
Bununla belə, hüquq-mühafizə orqanları ictimai təhlükəsizliyə potensial təhlükə görsələr, məhdudiyyətlər tələb edə bilər.
Ona görə də belə hallarda vəziyyəti aydınlaşdırmaq üçün tərcüməçi dəvət olunur.
İlhamə
Gununsesi.info