Ukraynalıların qalması Avropanın xeyrinədir – KEMMER

  • By admin
  • 24 Aprel 2022 16:12

Uzun müddət xaricdə qalmaq istəyən ukraynalı qaçqınlar kifayət qədər işçi qüvvəsi olmayan Avropa üçün müsbət amil ola bilər.

Gununsesi.info  xəbər verir ki, bunu BVF-nin Avropa Departamentinin direktoru Alfred Kemmer deyib.

“Uzunmüddətli perspektivdə Ukrayna istəyir ki, qaçqınlar geri qayıtsın. Amma bəzi qaçqınlar uzun müddət qalmaq istəyirlər və bu da işçi qüvvəsi çatışmayan Avropa üçün müsbət rol oynaya bilər”, – Kemmer bildirib.

Gununsesi.info