Ukraynalıların vurduğu “Moskva” gəmisi haqqında MARAQLI FAKTLAR: Qorbaçov...

  • By admin
  • 14 Aprel 2022 12:07

Xəbər verdiyimiz kimi, ötən gün Ukrayna ordusu öz istehsalı olan “Neptun” silahı ilə rusların məhşur “Moskva” gəmisini vurub. Faktı Ukrayna Müdafiə Nazirliyi də təsdiqləyib.

Gununsesi.info Publika.az-a istinadən Rusiya donanmasının əfsanəsi ilə bağlı bir neçə  maraqlı məlumatı oxuculara çatdırır:

Bu gəmi 1989-cu ildə Maltada Mixail Qorbaçovun ABŞ prezidenti Corc Buşla sammitini müşayiət edib.

Kreyser sovet dövründə Ukraynada, Nikolaev Gəmiqayırma Zavodunda hazırlanıb. 1982-ci ildə istifadəyə verilib. İlk adı “Slava” olub.

2000-ci ildə artıq “Moskva” adı altında Qara Dəniz donanmasının flaqmanı olub.

Gəmi bir sıra silahlı münaqişələrdə, o cümlədən Suriyada iştirak edib. Bundan sonra gəmi bir neçə il təmirə görə fəaliyyətini dayandırıb. Kreyserin heyəti 510 nəfər, uzunluğu 190 metrdir. O, qanadlı raket kompleksi, artilleriya, bir neçə zenit raket kompleksi və gəmi əleyhinə silahlarla təchiz olunub.

Vladimir Putin xarici liderlərlə dəfələrlə gəmiyə baş çəkib.

Gununsesi.info