“Ukraynanı 4 milyona yaxın insan tərk edə bilər” - BMT

  • By admin
  • 26 Fevral 2022 17:45

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra təxminən 120 min insan Ukraynanın qonşu ölkələrlə sərhədini keçib.

Gununsesi.info “Assoşieyted Press”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Şabia Mantu bildirib.

“Hazırda demək olar ki, 116 min insan beynəlxalq sərhədləri keçib. Onların sayı arta bilər. Rəqəmlər hər dəqiqə dəyişir”, – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü qeyd edib.

Ali Komissarlıq proqnozlaşdırır ki, vəziyyət pisləşərsə, 4 milyona yaxın ukraynalı sərhədi keçə bilər.

Mantu onların əksəriyyətinin qonşu dövlətlərə – Polşa, Moldova, Macarıstan, Rumıniya və Slovakiyaya, bəzilərinin isə Belarusa getdiyini bildirib.

 

 

Gununsesi.info