“Ukraynanı dəstəkləməkdə geri addım atmayacağıq” – NATO rəhbərindən Moskvaya mesaj

  • By arzu
  • 29 Noyabr 2022 16:20

NATO rəhbəri Yens Stoltenberq npvbəti dəfə açıqlaması ilə dünya mediasının gündəminə gəlib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, təşkilat rəhbəri Ukraynanın Rusiya ilə davam edən mümharibəsində rəsmi Kiyevi dəstəkləməyə davam edəcəklərini söyləyib. Stoltenberqin fikrincə, Rusiya qələbə çalarsa, qalıbı barışıq olmayacaq.

HTML tutorial

NATO xarici işlər nazirləri toplantısı zamanı açıqlama verən qurum rəhbəri Rusiyanın hərbi hücumlarına qarşı lideri olduğu hərbi alyansın şərq cəbhəsində hazırlıqları artırdığını bildirib.

Stoltenberq bununla bağlı NATO-nun həmin bölgələrdə savaş yönümlü qrupların sayını iki dəfə artıraraq, 4-dən 8-ə yüksəltdiyini açıqlayıb. NATO rəsmisi bu təşkilatın müharibəyə daxil olmadığını, ancaq Ukraynaya bənzəri görünməyəcək şəkildə dəstək verdiyini vurğulayıb.
“Avtoritar liderlərin Putinin qələbə qazandığını görməməsi lazımdır”, – deyə o fikirlərini əsaslandırıb.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info