Ukraynanı nə qədər azərbaycanlı tərk edib? - NAZİR AÇIQLADI

  • By admin
  • 01 Aprel 2022 12:15

“Ukraynada yaranmış vəziyyətlə əlaqədar 20 minə yaxın Azərbaycan vətəndaşı və soydaşımız bu ölkəni tərk edib”.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Həmin şəxslərin 4 minə yaxını Polşa ərazisinə keçməklə Ukraynanı tərk edib,” o qeyd edib.

Ukraynada nə qədər Azərbaycan vətəndaşının olduğu rəsmən açıqlanmayıb.

Azərbaycanlıların Ukraynadakı diaspor təşkilatlarının rəsmi təsdiqini tapmamış məlumatlarına görə, bu ölkədə beş yüz mindən çox azərbaycanlı yaşayır.

Vətəndaşların vizasız gediş-gəlişi barədə Ukrayna Nazirlər Kabineti və Azərbaycan Hökuməti arasında 14 fevral 2002-ci ildə Kyivdə imzalanmış Sazişə uyğun olaraq, Azərbaycan vətəndaşları daimi yaşama yerlərindən asılı olmayaraq, Ukraynada olma və ölkədə qeydiyyatla bağlı qüvvədə olan qanunvericiliyə əməl etməklə Ukraynaya vizasız daxil olmaq, tranzit, çıxış və qalma hüququna malikdirlər.

Azərbaycan vətəndaşları 180 gün müddətində Ukrayna ərazisində vizasız qala bilər.

 

Gununsesi.info