Ukraynanı təmsil edən azərbaycanlı xanım güləşçi Avropa Çempionu oldu

  • By Admin2
  • 13 Mart 2026 13:41

Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Aida Kərimova Avropa çempionu olub.

Gununsesi.info xəbər verir ki, o, Serbiyanın Zrenjanin şəhərində güləş üzrə gənclər arasında (U-23) qitə çempionatında qızıl medal qazanıb.

Aida Kərimova həlledici görüşdə Rusiyanı təmsil edən Aleksandra Kopılovaya qalib gəlib.

Qeyd edək ki, Kərimova 2024-cü ildə də U-20-lərin yarışında Avropa çempionu olub. O, 2025-ci ildə U-23-lərin Avropa çempionatında isə ikinci yeri tutmuşdu.