Ukraynanın əks-hücumu davam edəcəkmi? -Zelenskidən AÇIQLAMA

 “Pis hava Ukrayna ordusunun əks-hücumunu dayandıra bilməyəcək”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski  ABŞ-a getməzdən əvvəl CBS-nin “60 Minutes” verilişinə verdiyi müsahibədə deyib.

“Biz irəli getməliyik. Bizim boş vaxtımız yoxdur. Hava və buna bənzərləri unudun. Biz bunu etməliyik. Putinə və düşmənə rahatlıq verməyin”.

Onun sözlərinə görə, “ 100 metrdən də az olsa belə” ərazilər rus işğalından azad edilməlidir.

Eyni zamanda, o, cəbhədə vəziyyətin ağır olduğunu etiraf etdi.

“Təşəbbüsümüz müsbətə doğrudur. Buna baxmayaraq, hərəkət çox sürətli deyil. Ancaq hər gün irəli getməyimiz vacibdir”.

O, həmçinin Ukraynanın öz torpaqlarının bir hissəsini Rusiyaya verməklə müharibəyə son qoymaq barəsində də danışıb

 “Xeyr. Bu, bizim ərazimizdir”.

Qeyd edək ki, Ukraynanın əks-hücumunun əsas məqsədi Azov dənizinə çatmaqdır.

Eyni zamanda Rusiyanın işğal etdiyi ərazilər vasitəsilə Rostov vilayəti ilə Krımı birləşdirən Zaporojye vilayətində quru dəhlizini kəsməkdir.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info