“Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik” - İSRAİL XİN

  • By admin
  • 23 Fevral 2022 17:15

“Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik”.

Gununsesi.info “Haaretz”ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin Ukrayna-Rusiya böhranı ilə bağlı bəyanatında qeyd olunub.

Bildirilib ki, İsrail Ukraynaya təcili humanitar yardım göndərməyə hazırdır və diplomatik vasitələri bərpa etmək yolları ilə bağlı tərəfdaşları ilə dialoq aparır.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

 

 

Gununsesi.info